Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Fransa müsəlmanlara bunu qadağan etdi

03 apr 2026, 08:41
Fransa müsəlmanlara bunu qadağan etdi

Fransada hər il keçirilən və ölkənin ən böyük dini tədbirlərindən biri sayılan “Fransada Müsəlmanların İllik Yığıncağı” bu il rəsmi qərarla qadağan olunub.

Liderxeber.az xəbər verir ki, bu barədə Paris Polis Prefekturasının yaydığı açıqlamada bildirilib.

Qərar ölkədə terror təhlükəsi riskinin yüksək olması ilə əsaslandırılıb.

Tədbirin 3-6 aprel tarixlərində Paris yaxınlığındakı Le Burje şəhərciyində keçirilməsi planlaşdırılırdı və bu il onun 40-cı dəfə təşkil olunması nəzərdə tutulurdu.

Qərar Fransa daxili işlər naziri Loran Nunezin göstərişi əsasında Paris polis rəisi Patris For tərəfindən qəbul edilib. Rəsmi bəyanatda qeyd olunur ki, ölkədə təhlükəsizlik vəziyyətinin gərginləşməsi, terrorizm riskinin yüksək olması və ictimai asayişin pozulması ehtimalı bu addımı zəruri edib. Həmçinin yaxın günlərdə təhlükəsizlik qüvvələrinin gücləndirilmiş rejimdə fəaliyyət göstərəcəyi vurğulanıb.

Tədbirin təşkilatçısı olan Fransa Müsəlmanları Federasiyasının vəkili Sefen Quez isə qərara kəskin etiraz edib. Onun sözlərinə görə, polis qurumu federasiyanı qadağa ilə bağlı yalnız aprelin 1-də məlumatlandırıb. Quez bildirib ki, qərarın əsaslandırılması inandırıcı deyil və belə izahlar ictimaiyyəti qane etmir.

Federasiya artıq qərardan şikayət edərək, Paris İnzibati Məhkəməsinə apellyasiya müraciəti təqdim edib. Məsələ ilə bağlı məhkəmə dinləməsinin yerli vaxtla saat 09:00-da keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, sözügedən tədbir 1984-cü ildən etibarən mütəmadi şəkildə təşkil olunurdu. Son illərdə fasilə verilsə də, bu il yenidən keçirilməsi planlaşdırılırdı və ölkə daxilindən geniş iştirakın olacağı gözlənilirdi.