Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

İran Hörmüz boğazı protokolunun mahiyyətini açıqladı

03 apr 2026, 09:00
İran Hörmüz boğazı protokolunun mahiyyətini açıqladı

İran xarici işlər nazirinin müavini Kazım Qarib-Abadi Hörmüz boğazı protokolunun mahiyyətini açıqlayıb.

Liderxeber.az xəbər verir ki, bu haqda o, “Sputnik”ə müsahibəsində danışıb.

Diplomat qeyd edib ki, layihə hazırlığın son mərhələsindədir, bundan sonra Tehran su yoluna nəzarətə görə birgə layihənin hazırlanması üçün Omanla danışıqlara başlayacaq.

Protokol mülki və hərbi gəmilər üçün keçid prosedurlarını müəyyən edəcək. Sülh dövründə bütün gəmilər lazımi icazələri almalı və İran və Oman sahilləri ilə məsləhətləşməlidir.

Qarib-Abadinin sözlərinə görə, bu, boğazın təhlükəsizliyini təmin edəcək.

Qeyd edək ki, bundan əvvəl İslam Respublikası hökumətinin informasiya şurasının rəhbəri Elias Həzrəti İranın Avropa, Asiya və Ərəb ölkələri ilə Hörmüz boğazından istifadəyə dair saziş bağlamağa hazır olduğunu bildirmişdi.