Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

İran “Oracle”ı hədəf aldı

03 apr 2026, 08:33
İran “Oracle”ı hədəf aldı

İranın Strateji Xarici Əlaqələr Şurasının rəhbəri Kamal Xaraziyə və onun həyat yoldaşına qarşı həyata keçirilən hücuma cavab olaraq, Birləşmiş Ərəb Əmirliklərində yerləşən ABŞ şirkətinə məxsus infrastruktur hədəfə alınıb.

Liderxeber.az xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Korpusu  açıqlama yayıb.

Qeyd olunub ki, ABŞ-nin “Oracle” şirkətinə aid məlumat mərkəzi və İT infrastrukturu hədəf seçilib.

Bildirilir ki, bundan əvvəl general Fətəli Zadəyə qarşı törədilmiş sui-qəsdə cavab olaraq ABŞ-nin “Amazon” şirkətinin bulud hesablama infrastrukturu məhv edilib.

İran tərəfi vurğulayıb ki, ölkə vətəndaşlarına qarşı həyata keçirilən hücumlara cavab olaraq, ABŞ və İsrail ittifaqı ilə əlaqəli hesab edilən informasiya texnologiyaları və süni intellekt sahəsində fəaliyyət göstərən qurumlar hədəf alınacaq.

Xatırladaq ki, aprelin 1-də ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlar zamanı Kamal Xarazinin Tehrandakı iqamətgahı vurulub. Hadisə nəticəsində keçmiş xarici işlər naziri ağır yaralanıb, onun həyat yoldaşı isə həyatını itirib.