Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Paşinyan Moskvadakı açıqlamaları ilə gündəm oldu - Video

02 apr 2026, 13:22
Paşinyan Moskvadakı açıqlamaları ilə gündəm oldu - Video

Məlum olduğu kimi, dünən Moskvada Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında görüş baş tutub.

Liderxeber.az xəbər verir ki, görüş zamanı Ermənistan Baş naziri bir sıra açıqlamaları ilə diqqət çəkib.

Belə ki, Vladimir Putin Ermənistanda daxili siyasi proseslərin iştirakçılarının bəzilərinin Rusiya pasportuna sahib olmalarına baxmayaraq, cəzaçəkmə müəssisələrində olmalarına dair fikirlər səsləndirib. Ermənistan mediası Rusiya liderinin burada hazırda İrəvanda ev həbsində olan “Taşir” şirkətinin rəhbəri, erməniəsilli rusiyalı iş adamı Samvel Karapetyanı nəzərdə tutduğunu vurğulayıb.

Paşinyan isə Rusiya liderinin bu açıqlamasına cavab olaraq, Ermənistan həbsxanalarında siyasi məhbusların olmadığını deyib. 

O, həmçinin ölkəsində sosial şəbəkələrin tamamilə azad olduğunu və heç bir məhdudiyyətlərin olmadığını bildirib.

Eyni zamanda, Ermənistan Baş naziri iyunun 7-də ölkədə keçiriləcək parlament seçkiləri məsələsinə də toxunaraq, həmin seçkilərdə yalnız Ermənistan pasportuna sahib şəxslərin iştirak edə biləcəyini vurğulayıb:

“Ermənistan Konstitusiyasına əsasən, Rusiya pasportuna sahib şəxslər nə deputatlığa, nə də Baş nazir postuna namizəd ola bilərlər”.

Paşinyanın bu açıqlamaları sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Xatırladaq ki, S.Karapetyan “Güclü Ermənistan” partiyasından ölkənin Baş naziri vəzifəsinə namizəd olub.