Son Xəbərlər
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya
Birinci Xanımların Qlobal Akademiyasının (Global First Ladies Academy) ABŞ-də
Futbol üzrə dünya çempionatının qrup mərhələsində İran və Yeni Zelandiya milli
Gecə saatlarında yağan güclü yağış nəticəsində Şəkinin Cunud kəndinin şəhər və
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə

ABŞ Yaxın Şərqə üçüncü təyyarə gəmisini göndərir

01 apr 2026, 08:54
ABŞ Yaxın Şərqə üçüncü təyyarə gəmisini göndərir

ABŞ Yaxın Şərqə üçüncü təyyarə gəmisini göndərir.

Liderxeber.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Bildirilib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus üçüncü təyyarə gəmisi olan “USS George H.W. Bush” Virciniya ştatındakı Norfolk limanından regiona doğru yola düşüb.

Məlumata əsasən, gəmi və onu müşayiət edən hərbi qüvvələr artıq bölgədə fəaliyyət göstərən digər iki təyyarə gəmisinə qoşulacaq. Hazırda “USS Abraham Lincoln” Ərəb dənizində əməliyyatlar aparır, “USS Gerald R. Ford” isə texniki təmir məqsədilə Xorvatiya limanındadır.

Anonimlik şərti ilə danışan ABŞ rəsmiləri hər üç təyyarə gəmisinin yaxın vaxtlarda Yaxın Şərqdə bir araya gələ biləcəyini bildiriblər. Bu addımın ABŞ Prezidenti Donald Tramp administrasiyasının İranla bağlı daha geniş hərbi variantları nəzərdən keçirdiyi bir dövrə təsadüf etdiyi qeyd olunur.

Qeyd edək ki, “USS Gerald R. Ford” gəmisində mart ayında texniki nasazlıq səbəbindən yanğın baş verib. Hadisədən sonra gəmi Krit adasındakı Suda hərbi-dəniz bazasında təmirə cəlb olunub.