Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Fransa uşaqlara bunu yasaqladı

01 apr 2026, 09:49
Fransa uşaqlara bunu yasaqladı

Fransada 15 yaşdan kiçik şəxslərin sosial mediadan istifadəsini məhdudlaşdıran qanun layihəsi Senatda təsdiqlənib.

Liderxeber.az xəbər verir ki, ölkə parlamentinin yuxarı palatası olan Fransa Senatı Parisdə keçirilən Baş Assambleya iclasında qanun layihəsini müzakirə edərək səsverməyə çıxarıb.

Səsvermə nəticəsində senatorlar sənədi qəbul edib və komitə tərəfindən edilən dəyişikliklərə də dəstək veriblər.

Qanun layihəsinə əsasən, müəyyən şərtlər daxilində 15 yaşdan kiçik şəxslərin sosial media platformalarına çıxışı qadağan ediləcək. Sənəddə qeyd olunur ki, gənclərin fiziki, zehni və mənəvi inkişafına mənfi təsir göstərə biləcək platformalar bu yaş qrupu üçün tam məhdudlaşdırıla bilər.

Bununla yanaşı, digər sosial media xidmətlərinə giriş yalnız ən azı bir valideynin icazəsi ilə mümkün olacaq. Həmçinin platformalara istifadəçilərin yaşını yoxlamaq öhdəliyi qoyulacaq.

Qanun layihəsi növbəti mərhələdə senatorlar və deputatlardan ibarət birgə komitədə müzakirə olunacaq. Burada tərəflər vahid mətn üzərində razılığa gəlməyə çalışacaqlar.

Qeyd edək ki, Fransada qanunun qüvvəyə minməsi üçün həm Senat, həm də parlamentin aşağı palatası olan Milli Assambleya eyni mətn üzərində razılığa gəlməlidir. Daha əvvəl, yanvarın 26-da Milli Assambleya tərəfindən qəbul edilən versiyada sosial media qadağasının 15 yaşdan kiçiklər üçün bütün platformalara şamil edilməsi nəzərdə tutulurdu.