Son Xəbərlər
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya
Birinci Xanımların Qlobal Akademiyasının (Global First Ladies Academy) ABŞ-də
Futbol üzrə dünya çempionatının qrup mərhələsində İran və Yeni Zelandiya milli
Gecə saatlarında yağan güclü yağış nəticəsində Şəkinin Cunud kəndinin şəhər və
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə

Bəhreyn və Küveytin hava məkanı 29 gündür bağlıdır - Yeni qadağa qərarı

28 mar 2026, 11:10
Bəhreyn və Küveytin hava məkanı 29 gündür bağlıdır - Yeni qadağa qərarı

Birləşmiş Ştatlar və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar fonunda Yaxın Şərqdəki vəziyyətlə əlaqədar Bəhreyn və Küveytin hava məkanlarında dayandırılmış uçuşlar artıq 29-cu gündür ki, bərpa edilmir.

Liderxeber.az xəbər verir ki, bu barədə TASS-a Yaxın Şərqin hava hərəkətinin idarə edilməsi xidmətindəki mənbə bildirib.

Qeyd olunub ki, Bəhreyn və Küveyt üzərindəki hava məkanı əlavə olaraq 12 saat - bu gün yerli vaxtla saat 16:00-dək (Bakı vaxtı ilə 20:00 - red.) qapalı qalacaq.

Həmin hava məkanlarından istifadə edərək üçüncü dövlətlərə tranzit uçuşlar edən təyyarələrin də hərəkəti qadağan edilir.

Eyni zamanda, agentliyi məlumatlandıran mənbə vurğulayıb ki, Bəhreyn yalnız Manama aeroportundan qonşu Səudiyyə Ərəbistanı istiqamətində ən qısa hava dəhlizi ilə xüsusi buraxılış əsasında fərdi uçuşların icrasına şərait yaradır.