Son Xəbərlər
Xəbər verdiyimiz kimi, “Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın bacısı
Türkiyənin Tokat vilayətinin Artova rayonunda qayınatasını döyərək öldürdüyü
AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin
Bu gün “Qarabağ”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibinin
“Yeni Dövlət Proqramı 2026-2030-cu illərdə kənd təsərrüfatı məhsullarının
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Müqəddəs
Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödəniş ləğv
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya
Birinci Xanımların Qlobal Akademiyasının (Global First Ladies Academy) ABŞ-də
Futbol üzrə dünya çempionatının qrup mərhələsində İran və Yeni Zelandiya milli

KİV: Banqladeşdə yanacaq çatışmazlığı səbəbindən bütün YDM-lər bağlana bilər

24 mar 2026, 09:00
KİV: Banqladeşdə yanacaq çatışmazlığı səbəbindən bütün YDM-lər bağlana bilər

Banqladeşdə kəskin yanacaq çatışmazlığı səbəbindən ölkə üzrə bütün yanacaqdoldurma məntəqələrinin (YDM) fəaliyyətinin hər an dayandırıla biləcəyi barədə xəbərdarlıq edilib.

Liderxeber.az "Dhaka Tribune" qəzetinə istinadən xəbər verir ki, Banqladeş Yanacaqdoldurma Məntəqələri Sahibləri Assosiasiyası vəziyyəti son dərəcə ağır kimi qiymətləndirib.

Sürücülər yanacaq üçün saatlarla növbə gözləyirlər, motosiklet sahibləri gün ərzində bir neçə dəfə yanacaq alaraq onu sonradan "qara bazar"da baha qiymətə satırlar. Yanacaq qıtlığı fonunda YDM-lərə qarşı cinayət halları da artıb. Məlumata görə, mütəşəkkil qruplar gecə saatlarında bağlı olan məntəqələrə silahlı hücumlar edərək, sahibləri güclə yanacaq çənlərini boşaltmağa məcbur edirlər.

Qeyd edək ki, Banqladeşin enerji sektoru Yaxın Şərq ölkələrindən birbaşa asılıdır. İdxal olunan neftin 63%-i Səudiyyə Ərəbistanı, BƏƏ və İraqın payına düşür.