Son Xəbərlər
Xəbər verdiyimiz kimi, “Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın bacısı
Türkiyənin Tokat vilayətinin Artova rayonunda qayınatasını döyərək öldürdüyü
AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin
Bu gün “Qarabağ”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibinin
“Yeni Dövlət Proqramı 2026-2030-cu illərdə kənd təsərrüfatı məhsullarının
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Müqəddəs
Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödəniş ləğv
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya
Birinci Xanımların Qlobal Akademiyasının (Global First Ladies Academy) ABŞ-də
Futbol üzrə dünya çempionatının qrup mərhələsində İran və Yeni Zelandiya milli

Trampdan İrana sirli mesaj - FOTO

23 mar 2026, 15:24
Trampdan İrana sirli mesaj - FOTO

ABŞ Prezidenti Donald Tramp İranın bir neçə elektrik stansiyasına hücum etməklə bağlı təhdidi fonunda sirli bir mesaj paylaşıb.

Liderxeber.az-ın məlumatına görə, Ağ Ev rəhbəri bunu özünün "Truth Social" hesabında yazıb.

"Yumşaq desək, güc vasitəsilə sülh!!!" - deyə ABŞ lideri bildirib.

"Güc vasitəsilə sülh" yanaşması Trampın "Amerika Birinci" adlandırılan ümumi xarici siyasət konsepsiyasının mərkəzindədir.

Xatırladaq ki, martın 22-də D.Tramp Hörmüz boğazının 48 saat ərzində açılmayacağı təqdirdə ABŞ-nin İranın bir neçə elektrik stansiyasını məhv edəcəyi ilə hədələyib. İran ABŞ prezidentinin ultimatumuna cavab verərək bu hədənin reallaşacağı təqdirdə Ağ Evin və müttəfiqlərinin regiondakı enerji, informasiya texnologiyaları və duzsuzlaşdırma infrastrukturuna hücum etməyə hazır olduğunu bəyan edib.

Trampdan İrana sirli mesaj - FOTO

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Eyni zamanda, Hörmüz boğazından gəmilərin keçidində ciddi çətinliklər yaranıb.