Son Xəbərlər
Xəbər verdiyimiz kimi, “Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın bacısı
Türkiyənin Tokat vilayətinin Artova rayonunda qayınatasını döyərək öldürdüyü
AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin
Bu gün “Qarabağ”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibinin
“Yeni Dövlət Proqramı 2026-2030-cu illərdə kənd təsərrüfatı məhsullarının
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Müqəddəs
Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödəniş ləğv
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya
Birinci Xanımların Qlobal Akademiyasının (Global First Ladies Academy) ABŞ-də
Futbol üzrə dünya çempionatının qrup mərhələsində İran və Yeni Zelandiya milli

İrandan ABŞ-yə Hörmüz boğazı ilə bağlı sərt xəbərdarlıq

23 mar 2026, 14:22
İrandan ABŞ-yə Hörmüz boğazı ilə bağlı sərt xəbərdarlıq

ABŞ-nin İran sahillərində və ya adalarında quru əməliyyatı keçirməsi halında İran Fars körfəzindəki bütün dəniz yollarını minalayacaq.

Liderxeber.az "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının Müdafiə Şurası məlumat verib.

"Düşmənin İran sahillərinə və ya adalarına müdaxilə etmək cəhdi Fars körfəzində və sahil boyunca bütün dəniz yollarının, rabitə xətlərinin üzən sursatlar da daxil olmaqla müxtəlif növ dəniz minaları ilə minalanmasına səbəb olacaq", - deyə agentlik bəyanatdan bir hissəni sitat gətirib.

Bəyanatda, həmçinin qeyd olunur ki, İrana düşmən olmayan istənilən ölkə Tehranla koordinasiyalı şəkildə Hörmüz boğazından keçə bilər:

"Düşmən olmayan ölkələrin Hörmüz boğazından keçməsinin yeganə yolu İranla koordinasiyadır", - deyə açıqlamada qeyd olunub.