Son Xəbərlər
Xəbər verdiyimiz kimi, “Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın bacısı
Türkiyənin Tokat vilayətinin Artova rayonunda qayınatasını döyərək öldürdüyü
AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin
Bu gün “Qarabağ”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibinin
“Yeni Dövlət Proqramı 2026-2030-cu illərdə kənd təsərrüfatı məhsullarının
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Müqəddəs
Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödəniş ləğv
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya
Birinci Xanımların Qlobal Akademiyasının (Global First Ladies Academy) ABŞ-də
Futbol üzrə dünya çempionatının qrup mərhələsində İran və Yeni Zelandiya milli

İrandan Britaniyaya sərt - Xəbərdarlıq

20 mar 2026, 17:31
İrandan Britaniyaya sərt - Xəbərdarlıq

İran Böyük Britaniyaya ABŞ-yə hərbi baza təmin etməsi ilə bağlı sərt şəkildə xəbərdarlıq edib.

Liderxeber.az-ın xəbərinə görə, İranın xarici işlər naziri Abbas Əraqçi britaniyalı həmkarı İvet Kuperlə telefon danışığında bildirib ki, ABŞ-yə baza verilməsi Tehrana qarşı hücumda birbaşa iştirak kimi qiymətləndiriləcək.

Söhbət zamanı Əraqçi ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarını kəskin tənqid edib. O qeyd edib ki, ölkəsi danışıqlar prosesi davam etdiyi halda hücuma məruz qalıb və bu addımlar beynəlxalq hüququn pozulmasıdır.

Nazir bildirib ki, hücumlar nəticəsində İranın yüksəkvəzifəli şəxsləri ilə yanaşı, çox sayda mülki şəxs, o cümlədən, məktəblilər həyatını itirib.

Əraqçi həmçinin vurğulayıb ki, İran Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququna malikdir. Onun sözlərinə görə, bəzi ölkələrdə yerləşən ABŞ hərbi bazalarından İrana qarşı zərbələr endirilir.

İranlı nazir Böyük Britaniyanın bu prosesdə iştirakını tənqid edib:

“Bu cür addımlar açıq təcavüzdə iştirak kimi qiymətləndiriləcək və iki ölkə münasibətlərinə təsir göstərəcək. Biz suverenliyimizi və müstəqilliyimizi müdafiə etmək hüququnu özümüzdə saxlayırıq”.

Əraqçi regionda sabitliyin yalnız hücumların dayandırılması ilə mümkün olacağını qeyd edib, Britaniya rəsmilərini ABŞ və İsraillə hərbi, eləcə də, media əməkdaşlığından çəkinməyə çağırıb.