Son Xəbərlər
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il
Xəbər verdiyimiz kimi, “Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın bacısı
Türkiyənin Tokat vilayətinin Artova rayonunda qayınatasını döyərək öldürdüyü
AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin
Bu gün “Qarabağ”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibinin

SEPAH “Gerçək vəd – 4” əməliyyatına start verdi

14 mar 2026, 09:00
SEPAH “Gerçək vəd – 4” əməliyyatına start verdi

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrail və ABŞ-nin bölgədəki hərbi mövqelərinə qarşı “Gerçək vəd – 4” əməliyyatının 46-cı dalğasına start verdiyini elan edib.

Liderxeber.az ISNA agentliyinə istinadən xəbər verir ki, genişmiqyaslı hücum zamanı İranın ən güclü raket arsenalından – “Xürrəmşəhr”, “Xeybərşikan”, “İmad” və “Qədr” ballistik raketlərindən istifadə olunub.

Məlumata görə, zərbələr təkcə İsrail ərazisini deyil, həm də ABŞ bazalarının yerləşdiyi Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı strateji obyektləri hədəf alıb. SEPAH həmin əməliyyatı fevralın 28-dən bəri İrana qarşı davam edən hərbi təcavüzə cavab addımı kimi qiymətləndirib.

Xatırladaq ki, ABŞ və İsrailin başlatdığı hərbi kampaniya nəticəsində İranın dövlət rəhbərliyində ciddi itkilər baş verib və Tehran buna “regionu od içində yandıracaq” cavab əməliyyatları ilə reaksiya verəcəyini bəyan edib. Hazırda bölgədə hava hücumundan müdafiə sistemlərinin aktiv işlədiyi və gərginliyin pik həddə çatdığı bildirilir.