Son Xəbərlər
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il
Xəbər verdiyimiz kimi, “Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın bacısı
Türkiyənin Tokat vilayətinin Artova rayonunda qayınatasını döyərək öldürdüyü
AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin
Bu gün “Qarabağ”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibinin

İran ABŞ bazaları və İsrail şəhərlərinə yeni raket hücumlarına başladı

14 mar 2026, 09:17
İran ABŞ bazaları və İsrail şəhərlərinə yeni raket hücumlarına başladı

İran bölgədə yerləşən Amerika Birləşmiş Ştatları bazaları və İsrail şəhərlərini hədəf alan yeni raket hücumlarının başladığını bəyan edib.

Liderxeber.az xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Korpusu açıqlama yayıb.

İran dövlət televiziyası isə “Əsl Vəd-4” əməliyyatının 47-ci hücum dalğası ilə bağlı məlumat verib.

Bəyanatda bildirilib ki, hücumlar zamanı İsrailin Negev səhrasında yerləşən Beer-Şeva, Nevatim hava bazası və Lid şəhərləri hədəfə alınıb.

Eyni zamanda, Qətərdə yerləşən ABŞ-nin Əl‑Udeid hava bazası və İraq ərazisində fəaliyyət göstərən Komele təşkilatına qarşı da raket zərbələri endirildiyi bildirilib.

Açıqlamada hücumlar zamanı ağır döyüş başlıqlarına malik Xayber Şekan ballistik raketi və Qədr ballistik raketindən istifadə edildiyi qeyd olunub.