Son Xəbərlər
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il
Xəbər verdiyimiz kimi, “Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın bacısı
Türkiyənin Tokat vilayətinin Artova rayonunda qayınatasını döyərək öldürdüyü
AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin
Bu gün “Qarabağ”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibinin

Livan prezidentindən İsrailə atəşkəs təklifi

13 mar 2026, 15:44
Livan prezidentindən İsrailə atəşkəs təklifi

Livan Prezidenti Cozef Aun İsrailə biraylıq atəşkəs təklif edərək, bu müddət ərzində "Hizbullah" hərəkatının tərksilah edilməsinə nail olacağına söz verib.

Liderxeber.az xəbər verir ki, bu barədə "Əşarq əl-Əvsət" qəzeti Beyrutdakı diplomatik mənbələrə istinadən məlumat verib.

Qəzetdə qeyd olunub ki, dövlət başçısı sülh təklifini ABŞ-nin Livandakı səfiri Maykl İssa vasitəsilə İsrail tərəfinə çatdırıb. Aun bildirib ki, Livan ordusunun bütün qanunsuz hərbi qrupları tərksilah etmək üçün təsdiqlənmiş planı tamamlaya bilməsi üçün atəşkəs lazımdır. O, belə bir əməliyyatın hərbi şəraitdə həyata keçirilməsinin mümkün olmadığını vurğulayıb.

Qəzetin mənbələrə istinadən verdiyi məlumata görə, Aun dövlət silah inhisarının həyata keçirilməsinin İsrailin quruda, havada və dənizdə hərəkətlərinin artması fonunda başa çatdırıla bilməyəcəyini iddia edib.