Son Xəbərlər
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il
Xəbər verdiyimiz kimi, “Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın bacısı
Türkiyənin Tokat vilayətinin Artova rayonunda qayınatasını döyərək öldürdüyü
AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin
Bu gün “Qarabağ”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibinin

Kifayət qədər yatdığınız halda niyə yorğun olursunuz? - Səbəblər açıqlandı

13 mar 2026, 11:07
Kifayət qədər yatdığınız halda niyə yorğun olursunuz? - Səbəblər açıqlandı

Bir çox insan yorğunluğun yalnız yuxusuzluqdan qaynaqlandığını düşünür. Lakin bəzən 7-8 saatlıq yuxudan sonra belə, insan özünü halsız və yuxulu hiss edə bilər.

Liderxeber.az Aif.ru-ya istinadən xəbər verir ki, ABŞ-nin "Mayo" klinikasının araşdırmaları göstərir ki, davamlı gündüz yuxululuğu təkcə yuxu rejimi ilə bağlı deyil; bura həyat tərzi, stres və gizli tibbi problemlər də daxildir.

Həkimlərin fikrincə, yuxunun müddəti qədər onun keyfiyyəti də önəmlidir. Yorğunluğun əsas səbəbləri aşağıdakılardır:

- Yuxu apnoesi: Yuxu zamanı tənəffüsün qısamüddətli kəsilməsi vəziyyətidir. İnsan bunu hiss etməsə də, beyin daim "oyanır" və dərin yuxu fazasına keçə bilmir.

- Melatonin balanssızlığı: Yatmazdan əvvəl telefondan istifadə etmək və ya gecə saatlarında işləmək yuxu hormonu olan melatoninin istehsalını pozur.

- Qidalanma faktoru: Çox miqdarda şəkərli və karbohidratlı qidaların qəbulu qan şəkərinin qəfil yüksəlib-düşməsinə, bu da kəskin yorğunluğa səbəb olur.

- Oturaq həyat tərzi: Hərəkətsizlik enerji səviyyəsini aşağı salır. Araşdırmalar göstərir ki, yüngül idman hərəkətləri yuxu keyfiyyətini artırır.

- Vitamin çatışmazlığı: Xüsusilə dəmir, B və D vitaminlərinin əskikliyi hüceyrələrin enerji istehsalına mane olur.

Mütəxəssislər qeyd edirlər ki, orqanizmin daxili bioloji saatını (sirkad ritmlərini) qorumaq sağlam və gümrah qalmağın ən əsas şərtidir.