Son Xəbərlər
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il
Xəbər verdiyimiz kimi, “Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın bacısı
Türkiyənin Tokat vilayətinin Artova rayonunda qayınatasını döyərək öldürdüyü
AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin
Bu gün “Qarabağ”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibinin

Hərbi əməliyyatlar nəticəsində ölənlərin sayı - Açıqlandı

12 mar 2026, 09:42
Hərbi əməliyyatlar nəticəsində ölənlərin sayı - Açıqlandı

Yaxın Şərqdə başlanan hərbi əməliyyatlar nəticəsində ölənlərin sayı açıqlanıb.

Liderxeber.az xəbər verir ki, “Reuters” agentliyinin müxtəlif ölkələrin rəsmi mənbələrinə istinadən məlumatlarına görə, İranın dövlət mediası fevralın 28-dən indiyədək ölkədə baş verən zərbələr nəticəsində 1 270 nəfərin həlak olduğunu bildirib.

İsrail ordusunun Livanda həyata keçirdiyi hücumlar nəticəsində 634 nəfər həyatını itirib və onlardan 84 nəfəri uşaqdır. İraq Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə baş verən hücumlar 16 mülki şəxsin ölümünə səbəb olub.

İsraildə isə ilk ölüm martın 1-də qeydə alınıb. Həmin gün 9 mülki şəxs həyatını itirib, ordunun itkiləri isə 2 nəfər olub. Birləşmiş Ərəb Əmirliklərində isə, Müdafiə Nazirliyinin açıqlamasına görə, 6 nəfər həlak olub.

Suriyada baş verən raket zərbəsi nəticəsində bir binaya düşən raket 4 nəfərin ölümünə səbəb olub və raketin İrandan atıldığı bildirilir. Bəhreyn, Küveyt və Səudiyyə Ərəbistanında isə hər ölkədə 2 nəfər raket hücumlarının qurbanı olub. Səudiyyə Ərəbistanında ölənlər xarici vətəndaşlardır.

ABŞ ordusunun canlı qüvvə itkisi isə 7 nəfər təşkil edir.