Son Xəbərlər
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il
Xəbər verdiyimiz kimi, “Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın bacısı
Türkiyənin Tokat vilayətinin Artova rayonunda qayınatasını döyərək öldürdüyü
AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin
Bu gün “Qarabağ”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibinin

Putin və Tramp telefonla danışdılar: Hansı məsələlər müzakirə olundu?

10 mar 2026, 09:06
Putin və Tramp telefonla danışdılar: Hansı məsələlər müzakirə olundu?

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.

Liderxeber.az "Kommersant"a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib. Onun sözlərinə görə, danışıq işgüzar, açıq və konstruktiv xarakter daşıyıb.

Uşakov bildirib ki, təxminən bir saat davam edən söhbətin əsas mövzuları İran ətrafındakı vəziyyət və Rusiya-ABŞ-Ukrayna formatında üçtərəfli danışıqlar olub. Liderlərin əvvəlki təması 2025-ci ilin dekabrında baş tutmuşdu.

Vladimir Putin İran ətrafındakı münaqişənin tez bir zamanda dayandırılması ilə bağlı bir neçə təklif irəli sürüb. Donald Tramp isə Ukraynada münaqişənin tezliklə bitirilməsində maraqlı olduğunu bir daha vurğulayıb.

Liderlər, həmçinin qlobal neft bazarındakı vəziyyəti müzakirə ediblər.