Son Xəbərlər
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il
Xəbər verdiyimiz kimi, “Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın bacısı
Türkiyənin Tokat vilayətinin Artova rayonunda qayınatasını döyərək öldürdüyü
AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin
Bu gün “Qarabağ”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibinin

Həcc ziyarəti təxirə salınır?

06 mar 2026, 12:07
Həcc ziyarəti təxirə salınır?

“Baş verən hadisələrə görə Həcc ziyarətinin təxirə salınması gözlənilmir”.

Liderxeber.az xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri deyib.

O bildirib ki, Həcc ziyarətinin tarixi sabit olur, dəyişmir: “Gündəmdə müharibə ilə bağlı heç nə yoxdur, proses normal formada davam edir. Müharibə qeydiyyat prosesinə də təsir etməyib. Həcc ziyarətindən imtina edənlər qeydə alınmayıb, əksinə hər gün müraciət edənlər olur”.

Vüsal Cahangiri onu da bildirib ki, artıq kvotanın 85 faizdən çoxu tamamlanıb: “İlk uçuş 17 may tarixində olacaq. İlk zəvvar qrupu 180 nəfərdən ibarət olacaq”.

Xatırladaq ki, 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiyməti 6100 ABŞ dolları (10 370 AZN) müəyyən edilib.