Son Xəbərlər
“Bənövşəyi xəttin tikilməkdə olan 6-cı stansiyası həm də “Nizami” stansiyası
Rusiyanın NATO ilə birbaşa toqquşması qısa müddətdə qarşılıqlı nüvə
ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensin İsveçrəyə planlaşdırılan səfərinin
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş
ABŞ və İran arasında iyunun 19-da İsveçrənin Bürgenştok şəhərində keçirilməli
Elmi tədqiqatlar göstərir ki, supermarket rəflərində geniş yer tutan ultra
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Baş naziri və Dubay əmiri Şeyx Məhəmməd
Meksika millisi FIFA Dünya Çempionatının A qrupunda növbəti qələbəsini
“İsrail İranı Liviyaya çevirmək istəyir”. Liderxeber.az xəbər verir ki, bunu
İyunun 19-da İsveçrədə İran və ABŞ arasında birbaşa danışıqların ilk raundu

“ABŞ bu addımlara son qoymalıdır” - Pezeşkian

30 yan 2026, 09:14
“ABŞ bu addımlara son qoymalıdır” - Pezeşkian

“ABŞ diplomatik prosesə sadiq qalmalı, Vaşinqton gərginliyi artıran və təxribat xarakterli addımlarına son qoymalıdır. İran şərəfli diplomatiya yolunu üstün tutur və qarşı tərəfdən də eyni yanaşmanı gözləyir”.

Liderxeber.az İran Prezident Aparatının yaydığı açıqlamaya istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

Qeyd olunub ki, Pezeşkian ABŞ-nin son addımlarından sonra regiondakı vəziyyəti müzakirə etmək məqsədilə Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl-Tani və Pakistanın Baş naziri Şahbaz Şəriflə ayrı-ayrılıqda telefon danışıqları aparıb.

Telefon söhbətləri zamanı İran Prezidenti Qətər və Pakistanın İrana göstərdiyi dəstəyi və həmrəyliyi yüksək qiymətləndirib, İslam ölkələri arasında birlik, əməkdaşlıq və qarşılıqlı dəstəyin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Pezeşkian bildirib ki, İranın xarici siyasəti beynəlxalq hüquqa, bərabərhüquqlu münasibətlərə və diplomatiyanı təhdid etməyən yanaşmaya əsaslanır. Onun sözlərinə görə, əgər ABŞ, həqiqətən, dialoq və danışıqlarda maraqlıdırsa, bunu gərginliyi artıran təxribatçı addımlardan imtina etməklə praktikada nümayiş etdirməlidir.

İran Prezidenti vurğulayıb ki, ölkəsi heç vaxt müharibə başlatmayıb və münaqişələrin tərəfi olmayıb:

“Bununla belə, keçmiş təcrübələr nəzərə alınaraq, Tehran danışıqlar prosesində təhdid və ya hücumlara məruz qalmağı qəbul etməyəcək və öz təhlükəsizliyini, eləcə də, xalqını qorumaqda qətiyyətli olacaq.

Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl-Tani və Pakistanın Baş naziri Şahbaz Şərif də İranın təhlükəsizliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı müharibə, sanksiya və siyasi müdaxilələrə qarşı olduqlarını bildiriblər. Hər iki lider problemlərin dialoq və diplomatiya yolu ilə həllinin vacibliyini vurğulayaraq, mümkün münaqişənin regionda ciddi qeyri-sabitlik və zorakılıq riskləri yarada biləcəyi barədə xəbərdarlıq ediblər.

Eyni zamanda, Qətər və Pakistan rəhbərləri İranın dialoq və diplomatiyaya əsaslanan mövqeyini müsbət qiymətləndirərək, bu yanaşmanın davam etdirilməsinin vacibliyini qeyd ediblər”.