Son Xəbərlər
“Bənövşəyi xəttin tikilməkdə olan 6-cı stansiyası həm də “Nizami” stansiyası
Rusiyanın NATO ilə birbaşa toqquşması qısa müddətdə qarşılıqlı nüvə
ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensin İsveçrəyə planlaşdırılan səfərinin
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş
ABŞ və İran arasında iyunun 19-da İsveçrənin Bürgenştok şəhərində keçirilməli
Elmi tədqiqatlar göstərir ki, supermarket rəflərində geniş yer tutan ultra
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Baş naziri və Dubay əmiri Şeyx Məhəmməd
Meksika millisi FIFA Dünya Çempionatının A qrupunda növbəti qələbəsini
“İsrail İranı Liviyaya çevirmək istəyir”. Liderxeber.az xəbər verir ki, bunu
İyunun 19-da İsveçrədə İran və ABŞ arasında birbaşa danışıqların ilk raundu

Brüsseldə qərbi azərbaycanlıların doğma torpaqlarına qayıdış hüququna dair konfrans keçirilib

28 okt 2025, 10:24
Brüsseldə qərbi azərbaycanlıların doğma torpaqlarına qayıdış hüququna dair konfrans keçirilib

Avropanın "siyasi paytaxtı" sayılan Brüssel şəhərində qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıdış hüququna həsr olunmuş beynəlxalq konfrans keçirilib.

Liderxeber.az xəbər verir ki, 27 oktyabr 2025-ci il tarixində Qərbi Azərbaycan İcması və Fransanın "CAP Freedom of Conscience" qeyri-hökumət təşkilatının birgə təşkilatçılığı ilə Brüsseldə "Beynəlxalq hüquqda qayıdış hüququ" adlı beynəlxalq konfrans keçirilib.

Avropa məkanında qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdışı hüququna həsr edilmiş, 140 nəfərin iştirak etdiyi konfransın işində Belçika, Fransa, Birləşmiş Krallıq, İsveçrə, İtaliya və Azərbaycandan olan beynəlxalq hüquq üzrə mütəxəssislər, tədqiqatçı, siyasi və ictimai xadimlər çıxış edib. Müzakirələrdə qərbi azərbaycanlıların öz tarixi torpaqlarından qovulması da daxil olmaqla ayrı-ayrı hallara toxunulub, qayıdış hüququnun fundamental hüquqlardan biri kimi beynəlxalq hüquqda təsbit olunduğu vurğulanıb.

Konfrans çərçivəsində iki panel müzakirəsi təşkil edilib. Beynəlxalq hüquqda qayıdış hüququ anlayışının ortaya çıxması, inkişafı və beynəlxalq hüquqda mülkiyyət və mədəni mirasın qorunması ətrafında müzakirələr aparılıb.

Konfransda giriş nitqi ilə çıxış edən Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli konfrans iştirakçılarına təmsil etdiyi qurumun yaranması, fəaliyyətinin əsas istiqamət və hədəfləri barəsində məlumat verərək, qərbi azərbaycanlıların öz tarixi torpaqlarından ötən əsrdə mərhələli və sistemli şəkildə didərgin salındığını diqqətə çatdırıb. O, çıxışında Ermənistan tərəfindən azərbaycanlı əhaliyə qarşı sistemli şəkildə həyata keçirilmiş siyasət nəticəsində dəymiş maddi ziyanın milyardlarla dollar həcmində olduğunu, həmçinin maddi ölçüyə sığmayan çoxəsrlik mədəni mirasın məhv edildiyini bildirib.

İdarə Heyətinin sədri çoxsaylı müraciətlərinə baxmayaraq, Ermənistanın icma ilə dialoqa getməkdən imtina etdiyini vurğulayıb. İcmanın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasi xəttə uyğun olaraq regionda sülh, əmin-amanlıq və birgəyaşayışı dəstəklədiyini, 8 avqust Vaşinqton görüşündə əldə edilmiş tarixi qərarların regionda barışı təmin edəcəyinə əmin olduqlarını diqqətə çatdırıb.

Konfransda, həmçinin qərbi azərbaycanlıların tarixi torpaqlarında dağıdılmış mədəni mirasının nümunələrinə və abidələrinə dair fotosərgi nümayiş etdirilib. Qərbi Azərbaycan İcması tərəfindən hazırlanmış çoxsaylı materiallar iştirakçılara paylanıb.

Konfrans işini iştirakçıların mövzuya dair sualları ətrafında davam etdirib.