Son Xəbərlər
Vəfat etdikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz
Rumıniyada keçirilən Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında (JBMO
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının birgə
Bolqarıstanın ÇSKA klubu yay təlim-məşq toplanışının proqramına düzəliş edib.
“Bənövşəyi xəttin tikilməkdə olan 6-cı stansiyası həm də “Nizami” stansiyası
Rusiyanın NATO ilə birbaşa toqquşması qısa müddətdə qarşılıqlı nüvə
ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensin İsveçrəyə planlaşdırılan səfərinin
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş
ABŞ və İran arasında iyunun 19-da İsveçrənin Bürgenştok şəhərində keçirilməli
Elmi tədqiqatlar göstərir ki, supermarket rəflərində geniş yer tutan ultra

İran ABŞ ilə danışıqlara qayıtmaq üçün şərtini açıqladı

22 okt 2025, 17:04
İran ABŞ ilə danışıqlara qayıtmaq üçün şərtini açıqladı

“Nə qədər ki, Vaşinqton məntiqsiz tələblər irəli sürür, İran ABŞ ilə danışıqlara qayıtmayacaq”​. 

Liderxeber.az “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Araqçi danışıb.

“ABŞ ilə danışıqlar bu ölkənin ifrat dərəcədə olan tələbləri səbəbindən dayandırıldı və irəli getmədi”, - iranlı nazir qeyd edib. 

Qeyd edək ki, bu günə qədər Tehran və Vaşinqtonun iştirakı ilə 5 raunddan ibarət nüvə danışıqları baş tutub. Danışıqlar iyun ayında İsrail və İran arasında 12 gün davam edən münaqişənin başlamasından sonra dayandırılıb. ABŞ sözügedən münaqişənin gərginləşməsindən 9 gün sonra İranın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə zərbələr endirib.