Son Xəbərlər
İyunun 20-si gündüzdən 22-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda
Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan
Vəfat etdikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz
Rumıniyada keçirilən Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında (JBMO
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının birgə
Bolqarıstanın ÇSKA klubu yay təlim-məşq toplanışının proqramına düzəliş edib.
“Bənövşəyi xəttin tikilməkdə olan 6-cı stansiyası həm də “Nizami” stansiyası
Rusiyanın NATO ilə birbaşa toqquşması qısa müddətdə qarşılıqlı nüvə
ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensin İsveçrəyə planlaşdırılan səfərinin
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş

Gün ərzində neçə saat televizor izləmək təhlükəsizdir? - Alimlərdən açıqlama

13 mar 2025, 12:20
Gün ərzində neçə saat televizor izləmək təhlükəsizdir? - Alimlərdən açıqlama

İnfarkt, insult və aterosklerozdan qorunmaq üçün televizor izləmə müddətini gündə bir saatla məhdudlaşdırmaq lazımdır.

Liderxeber.az-ın xəbərinə görə, bu qənaətə Honq Konq Universitetindən olan alimlər gəliblər və araşdırma nəticələri "Journal of the American Heart Association" jurnalında dərc olunub.

Ateroskleroz damarların divarlarında yağlı "lövhələrin" əmələ gəlməsi nəticəsində inkişaf edir. Damarların daralması və belə bir "lövhə"nin qopması ürək xəstəlikləri, insult və periferik arteriya xəstəliklərinə yol aça bilər.

2-ci tip şəkərli diabet və oturaq həyat tərzi aterosklerotik ürək-damar xəstəlikləri üçün əsas risk faktorlarıdır. İnsanlar xüsusən də oturaq vəziyyətdə televizor izləməklə çox vaxt keçirirlər.

Sağlamlığa zərər vermədən televizor izləməyin nə qədər mümkün olduğunu müəyyənləşdirmək üçün alimlər 2-ci tip şəkərli diabetə müxtəlif genetik meyilləri olan 346 916 Böyük Britaniya vətəndaşının iştirakı ilə araşdırma aparıblar. Hər bir könüllü üçün 138 genetik variant əsasında diabetin inkişafı üzrə poligenik risk indeksi hesablanıb.

Araşdırma nəticələri göstərib ki, gündə iki saatdan çox televizor qarşısında vaxt keçirənlər aterosklerotik ürək-damar xəstəliklərindən 12% daha çox əziyyət çəkirlər. Bu təsir, diabetin inkişafı üzrə genetik riskdən asılı olmayaraq müşahidə edilib.

Həmçinin müəyyən olunub ki, şəkərli diabetə meyilli olan iştirakçılarda, gündə bir saatdan çox televizora baxmadıqları təqdirdə, aterosklerozun inkişaf riski artmayıb.

Alimlər bildiriblər ki, oturma müddətinin azaldılması ictimai sağlamlığın yaxşılaşdırılması üçün mühüm vasitədir. Belə faydalı vərdişlər "pis genetikanın" mənfi təsirini neytrallaşdıra bilər.