Son Xəbərlər
İyunun 20-si gündüzdən 22-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda
Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan
Vəfat etdikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz
Rumıniyada keçirilən Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında (JBMO
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının birgə
Bolqarıstanın ÇSKA klubu yay təlim-məşq toplanışının proqramına düzəliş edib.
“Bənövşəyi xəttin tikilməkdə olan 6-cı stansiyası həm də “Nizami” stansiyası
Rusiyanın NATO ilə birbaşa toqquşması qısa müddətdə qarşılıqlı nüvə
ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensin İsveçrəyə planlaşdırılan səfərinin
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş

Avtomobildəki cızıqdan qurtulmaq üçün qəpik-quruşa başa gələn üç üsul

11 mar 2025, 11:14
Avtomobildəki cızıqdan qurtulmaq üçün qəpik-quruşa başa gələn üç üsul

Avtomobilinizdə cızıq var? Avtoservisə getmək və ya bahalı cilalayıcılar almaq üçün tələsməyin. Əl altında olan materiallarla effektiv həll yolları mövcuddur.

Liderxeber.az-ın verdiyi məlumata görə, bu barədə pravda.ru-nun avtomobil ekspertləri danışıblar.

Mütəxəssislər qəpik-quruşa başa gələn üç effektiv üsulu açıqlayıblar. Onları təqdim edirik:

Diş məcunu - mini cilalama dəzgahı

Diş məcunundakı abraziv (pardaxlayıcı) hissəciklər yumşaq yonma aləti kimi işləyir. Bir qədər məcunu yumşaq parçaya çəkin, cızığın üzərinə dairəvi hərəkətlərlə sürtün və sonra nəmlənmiş salfetlə silin. Əsas odur ki, həddindən artıq basmayın, əks halda lak qatına ziyan verə bilərsiniz.

Bitki yağı - "bərpaedici" effekt

Əgər cızıq daha dərin olubsa, bir damcı bitki yağı mikroçatları dolduraraq "sağalmış" effekt yaradacaq və işığın sınmasını dəyişəcək. Sadəcə bir az yağ vurun, quru parçayla silin və cızıq vizual olaraq yox olacaq. Bu üsul avtomobili satmazdan və ya fotosessiyadan əvvəl idealdır.

Dırnaq lakı - kuzov rəngində maskalama

Daha ciddi cızıqlar üçün dırnaq lakı köməyə çata bilər. Əsas məsələ avtomobilinizin rənginə mümkün qədər yaxın bir çalar seçməkdir. Lak quruduqdan sonra üstünü cilalayıcı vasitə ilə işləyin, nəticədə cızıq demək olar ki, görünməz olacaq.

Qoz ləpəsi - təbii restavrator

Qozu iki yerə bölün və cızıq olan hissəni onun ləpəsi ilə ovxalayın. Qozun tərkibindəki yağlı turşular nahamarlıqları dolduracaq, yumşaq teksturası isə səthə hamarlıq verəcək. Sonda nəmlənmiş salfetlə silin və avtomobiliniz yenidən baxımlı görünəcək.

Bu üsullar peşəkar rənglənməni əvəz etməsə də, vacib görüş və ya avtomobil satışı öncəsi cızıqları tez bir zamanda gizlətmək üçün əla həll yoludur.