Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Beyninizi bu qidalarla qoruyun!

04 sen 2024, 11:04
Beyninizi bu qidalarla qoruyun!

Düzgün və sağlam qidalanma zehni qabiliyyətin inkişafına, xüsusilə də yaddaşın güclənməsinə bilavasitə təsir göstərir. Ona görə də, gündəlik rasionda vitamin və minerallarla zəngin qidaların istehlakına üstünlük verilməlidir. Bədən funksiyalarının saxlanılması və beyin şəbəkəsinin təşkilinin təmin edilməsi birbaşa qidalanma ilə bağlıdır.

Bəs beyin üçün faydalı qidalar hansılardır və onlar beynimizə necə təsir edir?

Liderxeber.az xarici mətbuata istinadən sözügedən qidaları təqdim edir:

Avokado

Minerallar və antioksidantlarla zəngin bir lif mənbəyidir. Ən yüksək protein və ən az yağ tərkibli meyvədir. Qidalandırıcı tərkibinə görə bir çox xəstəliklərdən qoruyur. Probiyotik təsiri var. Qan şəkərini sabit saxlayan və diqqəti cəmləmə kimi idrak funksiyalarını artıran qida mənbəyidir. Həm də göz sağlamlığını qoruyur, ürək sağlamlığını dəstəkləyir və dəriyə parlaqlıq verir.

Qoz

Beyinə ən çox faydası ilə tanınan qidalardandır. Omeqa 3 mənbəyidir və güclü antioksidant təsirə malikdir. Tərkibində çox sayda faydalı yağlar, minerallar və vitaminlər var. Xərçəng, qocalma və neyrodegenerativ xəstəliklərdən qoruyur. Tərkibindəki melatonin sayəsində yuxunu tənzimləyir, immunitet sistemini gücləndirir və beyin sağlamlığını yaxşılaşdırır. Qoz kifayət qədər və müntəzəm olaraq istehlak edildikdə xolesterinin dərmanı rolu oynayır. Mütəxəssislər gündə orta hesabla 5 ədəd qoz yeməyi tövsiyə edir.

Qaragilə

Bu meyvə antioksidantların mənbəyi kimi tanınır. Tərkibindəki qallik turşusu ilə yaddaşa faydalıdır, beyni stressdən qoruyur, immuniteti gücləndirir. Tərkibindəki C və E vitaminləri sayəsində infeksiya və virus təsirlərinə qarşı qoruyucu xüsusiyyətlərə malikdir. Tərkibindəki yüksək lif sayəsində uzun müddət tox tutma qabiliyyətinə malikdir. Mütəxəssislər gündə orta hesabla 100 qram istehlak etməyi məsləhət görürlər.

Brokoli

Lif tərkibinə görə beyinə üçün məsləhətli tərəvəzdir. Tərkibindəki sulforafan sayəsində beyində yeni hüceyrələrin əmələ gəlməsini dəstəkləyir. Tərkibində K vitamini və kolin (orqanizmin infeksiyalara qarşı müqavimətini artırmağa, immunitet sistemini gücləndirməyə kömək edir) olan brokoli xərçəngdən qoruyur. Həzm sistemini gücləndirir, diabet riskini azaldır, beyin və sinir sistemini dəstəkləyir. Qida dəyəri yüksək olduğu üçün uzun müddət toxluq hissi yaradır. Tərkibindəki B vitamini isə saç köklərini gücləndirir.

Yumurta

Zülal qaynağı olan yumurta beyin inkişafı üçün çox zəngin təbii qidadır. Tərkibində A, B5, B12, D, E, K kimi bir çox vitamin və mineral var. Yaddaş və konsentrasiya kimi zehni fəaliyyətlərə müsbət təsir göstərir. Mütəxəssislər gündə 3 ədədə qədər istehlak etməyin faydalı olduğunu deyirlər.

Çuğundur

Hər fəsildə yetişə bilən çuğundur az yağlı, zülalla zəngin qidadır. Xroniki xəstəliklərdən və xərçəngdən qoruyur. Tərkibindəki minerallar sayəsində qan axını tənzimləyir və zehni funksiyaları yaxşılaşdırır. Həm də ürək sağlamlığını dəstəkləyir və stresə qarşı sakitləşdirir.

Somon (qızıl) balığı

Somon, yəni qızılbalıq, qida dəyəri ilə zəngin olan beyin dostu hesab edilir. Omeqa 3 mənbəyidir. Tərkibindəki yüksək protein sayəsində sümük və ürəyin inkişafını dəstəkləyir. İltihab əleyhinə təsirə malikdir. Xüsusilə mədə, bağırsaq və mədəaltı vəzi xərçənginə qarşı qoruyucu rolunu oynayır. Mütəxəssislər həftədə iki dəfə balıq istehlak etməyi məsləhət görürlər.