Son Xəbərlər
Əziz zəvvarlar! "Zeynəb Əliyyun" MMC Travel sizi Ərbəin ziyarətinə
“Xəzər Universiteti Dünya Məktəbi” MMC-nin İnsan Resursları departamentinin
Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının
Moskvaya son 2 ilin ən böyük dron hücumu olub. Liderxeber.az xəbər verir ki,
Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunda yanğın baş verib.
Bakı-Sumqayıt yolunda baş verən ağır yol-nəqliyyat hadisəsində qızı Zəhra
“İran memorandum üzrə sözlərinə yox, əməllərinə görə qiymətləndiriləcək”.
Dünya çempionatının qrup mərhələsinin ilk turunda bu gecə maraqlı qarşılaşma
“Azərbaycan Hava Yolları” (AZAL) 2026-cı ilin 1-16 iyun tarixlərində
Prezident İlham Əliyev səhiyyə işçilərinin təltif edilməsi haqqında Sərəncam

Hansı məhsullar damarlar üçün faydalıdır?

15 dek 2025, 11:27
Hansı məhsullar damarlar üçün faydalıdır?

"Damarların möhkəm və elastik qalması üçün zərərli vərdişlərdən imtina, fiziki aktivlik və balanslı qidalanma vacibdir".

Oxu.Az lenta.ru-ya istinadən xəbər verir ki, bunu rusiyalı kardioloq Polina Savina bildirib.

Həkim qeyd edib ki, damar divarlarının elastikliyi üçün C vitamini ilə zəngin məhsulları mütəmadi qəbul etmək lazımdır. Kardioloqun sözlərinə görə, bu qrupa sitrus meyvələri, itburnu, qara qarağat, çaytikanı, kivi, bolqar bibəri, qarabaşaq yarması və göyərti (cəfəri, ispanaq, şüyüd və ya keşniş) daxildir.

Savina, həmçinin menyuya E vitamini tərkibli məhsulların əlavə edilməsini tövsiyə edib. Bu vitamin "pis" xolesterinin (LDL) oksidləşməsinin və damar divarlarında çökməsinin qarşısını alan güclü antioksidantdır. Həkimin fikrincə, ən yaxşı seçimlər zeytun, kətan və günəbaxan yağı (xüsusilə soyuq yeməklərdə), həmçinin qoz-fındıq, tumlar və avokadodur.

Onun sözlərinə görə, Omeqa-3 mənbələri də az əhəmiyyət kəsb etmir. Çoxdoymamış yağ turşuları "pis" xolesterinin səviyyəsini azaltmağa kömək edir, damar divarının elastikliyini artırır və qan dövranını yaxşılaşdırır.

Savinanın daha bir tövsiyəsi rasiona flavonoidlərlə zəngin yaşıl çay, tünd şokolad, giləmeyvələr və pomidorun daxil edilməsidir.