Son Xəbərlər
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının birgə
Bolqarıstanın ÇSKA klubu yay təlim-məşq toplanışının proqramına düzəliş edib.
“Bənövşəyi xəttin tikilməkdə olan 6-cı stansiyası həm də “Nizami” stansiyası
Rusiyanın NATO ilə birbaşa toqquşması qısa müddətdə qarşılıqlı nüvə
ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensin İsveçrəyə planlaşdırılan səfərinin
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş
ABŞ və İran arasında iyunun 19-da İsveçrənin Bürgenştok şəhərində keçirilməli
Elmi tədqiqatlar göstərir ki, supermarket rəflərində geniş yer tutan ultra
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Baş naziri və Dubay əmiri Şeyx Məhəmməd
Meksika millisi FIFA Dünya Çempionatının A qrupunda növbəti qələbəsini

Britaniya məscidlərin təhlükəsizliyinin təmin edilməsinə milyonlarla funt sterlinq ayıracaq

25 okt 2025, 09:28
Britaniya məscidlərin təhlükəsizliyinin təmin edilməsinə milyonlarla funt sterlinq ayıracaq

Böyük Britaniya hökuməti məscidlərin və müsəlman dini mərkəzlərinin hücumlardan qorunması üçün təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə 10 milyon funt sterlinq (təxminən 13.3 milyon dollar) əlavə vəsait ayırmağı nəzərdə tutur.

Liderxeber.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin Mətbuat Xidmətinin məlumatında deyilir.

Məlumata görə, həmin vəsait videomüşahidə və siqnalizasiya sistemlərinin quraşdırılmasına, hasarların tikintisinə və mühafizə xidmətlərinin maliyyələşdirilməsinə yönəldiləcək. Bu, hökumətin ötən il məscidlərin təhlükəsizliyinin təmin edilməsinə ayırdığı 29.4 milyon funt sterlinq vəsaiti tamamlayacaq.

Qeyd edək ki, Baş nazir Kir Starmer vəsaitin ayrılması haqqında qərarını İngiltərənin Pisheyven şəhərinin məscidinə baş çəkdikdən sonra açıqlayıb. Xatırladaq ki, sözügüdən məscid oktyabrın əvvəllərində naməlum şəxslər tərəfindən yandırılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.