Son Xəbərlər
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının birgə
Bolqarıstanın ÇSKA klubu yay təlim-məşq toplanışının proqramına düzəliş edib.
“Bənövşəyi xəttin tikilməkdə olan 6-cı stansiyası həm də “Nizami” stansiyası
Rusiyanın NATO ilə birbaşa toqquşması qısa müddətdə qarşılıqlı nüvə
ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensin İsveçrəyə planlaşdırılan səfərinin
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş
ABŞ və İran arasında iyunun 19-da İsveçrənin Bürgenştok şəhərində keçirilməli
Elmi tədqiqatlar göstərir ki, supermarket rəflərində geniş yer tutan ultra
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Baş naziri və Dubay əmiri Şeyx Məhəmməd
Meksika millisi FIFA Dünya Çempionatının A qrupunda növbəti qələbəsini

Dünyada hepatit B virusunu aşkar edən ilk test yaradıldı

23 okt 2025, 16:00
Dünyada hepatit B virusunu aşkar edən ilk test yaradıldı

Dünyada ilk dəfə olaraq hepatit B virusunun diaqnostikası üçün sürətli test qeydiyyata alınıb, ki, o, həssaslığına görə PCR-lə müqayisə edilə bilər.

Liderxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmətinin ("Rospotrebnadzor") mətbuat xidməti jurnalistlərə məlumat verib.

"Rospotrebnadzor"un epidemiologiya üzrə alimləri dünyada ilk olaraq ilgək vasitəsilə izotermal amplifikasiyaya (Loop mediated isothermal amplification, LAMP) əsaslanan hepatit B virusunun diaqnostikası üçün sürətli test qeydiyyata alıblar.

"Yeni test həssaslığına görə PCR metodu ilə müqayisə edilə bilər, lakin virusun olub-olmadığını cəmi 25-30 dəqiqə ərzində müəyyən etməyə imkan verir ki, bu da ənənəvi metodlarla müqayisədə diaqnostika prosesini əhəmiyyətli dərəcədə sürətləndirir", - deyə məlumatda bildirilir.

Test hepatit B-ni sürətli və dəqiq şəkildə müəyyən etməyə kömək edir ki, bu da xəstələrin operativ aşkarlanması, terapiyanın təyin edilməsi və epidemiya əleyhinə tədbirlərin həyata keçirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.