Son Xəbərlər
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının birgə
Bolqarıstanın ÇSKA klubu yay təlim-məşq toplanışının proqramına düzəliş edib.
“Bənövşəyi xəttin tikilməkdə olan 6-cı stansiyası həm də “Nizami” stansiyası
Rusiyanın NATO ilə birbaşa toqquşması qısa müddətdə qarşılıqlı nüvə
ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensin İsveçrəyə planlaşdırılan səfərinin
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş
ABŞ və İran arasında iyunun 19-da İsveçrənin Bürgenştok şəhərində keçirilməli
Elmi tədqiqatlar göstərir ki, supermarket rəflərində geniş yer tutan ultra
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Baş naziri və Dubay əmiri Şeyx Məhəmməd
Meksika millisi FIFA Dünya Çempionatının A qrupunda növbəti qələbəsini

Bu gün Beynəlxalq Qadınlar Günüdür

08 mar 2025, 09:00
Bu gün Beynəlxalq Qadınlar Günüdür

Beynəlxalq İşçi Qadınlar Günü olaraq tanınan 8 mart tarixi qadınların iqtisadi, ictimai və siyasi mübarizəsini, habelə ümumi olaraq qadınlara qarşı nəzakət, sevgi və məhəbbət tərənnümünü ənənəvi hala gətirmiş bayramdır.

Liderxeber.az xəbər verir ki, 8 mart postsovet respublikalarında, habelə Anqola, Burkina-Faso, Qvineya-Bisau, Kamboca, Çin, Konqo, Laos, Makedoniya Respublikası, Monqolustan, Nepal, Şimali Koreya və Uqandada qeyri-iş günü sayılır. BMT də 8 martı Beynəlxalq Qadınlar Günü kimi tanıyıb.

İlk Qadınlar Günü mərasimi 1909-cu ilin 28 fevralında Nyu Yorkda baş tutub. Bu, Amerika Sosialist partiyası tərəfindən Beynəlxalq Qadın Tikiş İşçiləri Birliyinin 1908-ci ilki tətilinin yada salınması münasibətilə təşkil olunub.

Qadınlar bayramı Azərbaycanda da geniş qeyd edilir. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart - Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub. Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart - Beynəlxalq Qadınlar Günü ölkədə qeyri-iş günüdür.