Son Xəbərlər
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının birgə
Bolqarıstanın ÇSKA klubu yay təlim-məşq toplanışının proqramına düzəliş edib.
“Bənövşəyi xəttin tikilməkdə olan 6-cı stansiyası həm də “Nizami” stansiyası
Rusiyanın NATO ilə birbaşa toqquşması qısa müddətdə qarşılıqlı nüvə
ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensin İsveçrəyə planlaşdırılan səfərinin
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş
ABŞ və İran arasında iyunun 19-da İsveçrənin Bürgenştok şəhərində keçirilməli
Elmi tədqiqatlar göstərir ki, supermarket rəflərində geniş yer tutan ultra
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Baş naziri və Dubay əmiri Şeyx Məhəmməd
Meksika millisi FIFA Dünya Çempionatının A qrupunda növbəti qələbəsini

Suriya ordusu ilə Bəşər Əsəd tərəfdarları arasında silahlı toqquşma: Onlarla ölən var

07 mar 2025, 12:00
Suriya ordusu ilə Bəşər Əsəd tərəfdarları arasında silahlı toqquşma: Onlarla ölən var

Suriya ordusu ilə Bəşər Əsədə bağlı silahlılar arasında baş verən toqquşmalarda 70-dən çox insan ölüb, onlarla şəxs yaralanıb, əsir düşənlər var.

Liderxeber.az"Timesofisrael"ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu məlumat yayıb.

Suriya KİV-lərinin yazdığına görə, toqquşmalar Bəşər Əsədə sadiq qalan silahlı qruplaşmaların Əl-Laziqiyyədə Suriya təhlükəsizlik qüvvələrinin əməkdaşlarını və maşınlarını hədəf almasından sonra başlayıb. Nəticədə bir neçə şəxs həyatını itirib.

Suriya ordusunun bölmələri Suriyanın Əl-Laziqiyyə və Tartus şəhərlərinə daxil olub.

Liderxeber.az bu barədə SANA agentliyinə istinadən xəbər verib.

Qeyd olunur ki, hər iki şəhərdə sabiq prezident Bəşər Əsədə sadiq qüvvələrlə Suriya ordusu arasında şiddətli toqquşmalar olub.

Hələlik ölən və xəsarət alanların sayı haqqında məlumat verilmir.