Liderxeber.az / Deputat Jalə Əhmədova bayram ərəfəsində seçiciləri ilə görüşüb

Deputat Jalə Əhmədova bayram ərəfəsində seçiciləri ilə görüşüb

Deputat Jalə Əhmədova bayram ərəfəsində seçiciləri ilə görüşüb

Milli Məclisin deputatı Jalə Əhmədova Yeni il ərəfəsində Salyan rayonunda seçiciləri ilə növbəti qəbul keçirib. 

LiderXəbər xəbər verir ki, deputat ilk olaraq şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçılarını qəbul edib, hər birini ayrı-ayrılıqda dinləyərək problemləri ilə maraqlanıb. Seçicilər əlillik, pensiya, işsizlik və məşğulluq məsələləri ilə bağlı problemlərdən danışıb və qeyd etdikləri məsələlərin müsbət həllində köməklik göstərilməyini xahiş ediblər. 

Jalə Əhmədova qəbul zamanı seçiciləri narahat edən problemlərin həlli üçün səlahiyyətləri çərçivəsində əlindən gələn köməkliyi əsirgəməyəcəyini bildirib.

29-12-2023, 22:12
Geriyə