Liderxeber.az / Dövlət Gömrük Komitəsinin xətti ilə büdcəyə daxilolmalar üç faizə yaxın azalıb

Dövlət Gömrük Komitəsinin xətti ilə büdcəyə daxilolmalar üç faizə yaxın azalıb

Dövlət Gömrük Komitəsinin xətti ilə büdcəyə daxilolmalar üç faizə yaxın azalıb

Bu ilin yanvar-mart aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 1 milyard 430.5 milyon manat təşkil edib.

Liderxeber.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39.4 milyon manat və yaxud 2.7% azdır.

Xatırladaq ki, bu il DGK büdcəyə 6.6 milyard manat vəsait köçürməlidir. Beləliklə, rüb ərzində həmin məbləğin 21.7%-i təmin olunub.

8-04-2025, 16:48
Geriyə