Liderxeber.az / Yasamalda yataqxanada yanğın olub

Yasamalda yataqxanada yanğın olub

Yasamalda yataqxanada yanğın olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, İ.Zülalov küçəsində beşmərtəbəli yataqxana binasında yanğın olması barədə ilkin məlumat daxil olub.

LiderXəbər FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğın qısa müddət ərzində söndürülüb.

25-04-2023, 07:53
Geriyə