Liderxeber.az / Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakının Suraxanı rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

LiderXəbər xəbər verir ki, avtomobillərin toqquşması nəticəsində 1999-cu il təvəllüdlü Məmmədov Rəşad Ziyadxan oğlu və 1998-ci il təvəllüdlü Əliyev Elvin Surxay oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

20-04-2023, 08:13
Geriyə