Liderxeber.az / Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Dekabrın 3-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında iştirak etmək məqsədilə İran İslam Respublikasının Məşhəd şəhərinə işgüzar səfərə yola düşüb.

Bu barədə Liderxeber.az-a Xarici İşlər Nazirliyindən bildirilib.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı və ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub

3-12-2024, 09:00
Geriyə