Liderxeber.az / Sumqayıtda qanvermə aksiyası keçiriləcək

Sumqayıtda qanvermə aksiyası keçiriləcək

Sumqayıtda qanvermə aksiyası keçiriləcək
Sumqayıt Tibb Mərkəzinin (STM), Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və Respublika Qan Bankının dəstəyi ilə qanvermə aksiyası keçiriləcək.
Liderxeber.az xəbər verir ki, 8-9 oktyabr tarixlərində keçiriləcək ikigünlük qanvermə aksiyası STM-nin Təcili Tibbi Yardım Xəstəxanasında təşkil ediləcək.
Vətəndaşlar saat 09:00-dan 15:00-dək qan vermək üçün müraciət edə bilərlər.
Tədarük olunacaq qan və ondan hazırlanacaq preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.
Ünvan: Sumqayıt şəhəri, Mehdi Hüseynzadə küçəsi, Təcili Tibbi Yardım
3-10-2024, 12:53
Geriyə