Liderxeber.az / Azərbaycan və Lüksemburq arasında konsulluq məsləhətləşmələri keçirilib

Azərbaycan və Lüksemburq arasında konsulluq məsləhətləşmələri keçirilib

Azərbaycan və Lüksemburq arasında konsulluq məsləhətləşmələri keçirilib

Azərbaycan və Lüksemburq arasında konsulluq məsləhətləşmələri keçirilib.

Liderxeber.az xəbər verir ki, bu barədə Lüksemburq XİN-in Konsulluq Məsələləri və Beynəlxalq Mədəniyyət Əlaqələri üzrə direktor Jan Klod Kuqener "X" hesabında bildirib. “Azərbaycan XİN-də keçirilən ikitərəfli Lüksemburq-Azərbaycan Konsulluq Məsləhətləşmələrimiz üçün Bakıda olmaqdan məmnunam”, - o qeyd edib.

Azərbaycan tərəfindən məsləhətləşmələrdə XİN-in Konsulluq İdarəsinin rəisi Emil Səfərov iştirak edib.

Lüksemburq XİN rəsmisi vurğulayıb ki, iki ölkə arasında konsulluq əməkdaşlığına dair səmərəli müzakirələr aparılıb.

14-06-2024, 16:48
Geriyə