Liderxeber.az / Azərbaycanda Ramazan bayramı qeyd olunur

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Bu gün və sabah Azərbaycanda Ramazan bayramıdır.

LiderXəbər xəbər verir ki, Ramazan bayramının namazı aprelin 10-da saat 08:00-09:00 aralığında qılınacaq.

Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı martın 11-də başlayıb.

Baş nazir Əli Əsədovun Qərarı ilə Ramazan bayramında ardıcıl 5 qeyri-iş günü olacaq.

Belə ki, Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə aprelin 12-si həftənin cümə gününə təsadüf etdiyindən aprelin 6-sı şənbə günü ilə yerləri dəyişdirilib. Aprelin 12-si qeyri-iş günü, aprelin 6-sı isə rəsmi iş günü elan edilib.

Bu da o deməkdir ki, ardıcıl 5 gün - aprelin 10,11,12,13 və 14-ü iş olmayacaq. Aprelin 15-dən ölkə ərazisində rəsmi iş günüdür.

10-04-2024, 09:52
Geriyə