Liderxeber.az / Güclü külək axşama doğru zəifləyəcək

Güclü külək axşama doğru zəifləyəcək

Güclü külək axşama doğru zəifləyəcək

“Hazırda müşahidə edilən güclü külək axşama doğru zəifləyəcək”.

Bu barədə LiderXəbər-ə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

“Əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində güclü şimal-qərb küləyi əsir. Hazırda küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 35 m/s, Naftalanda 28 m/s, Goranboyda 27 m/s, Tərtərdə 22 m/s, Şəmkir, Gəncədə 20 m/s, Mingəçevir, Quba, Ağdam, Bərdədə 18 m/s-yə çatır”, - qurum rəsmisi əlavə edib.

***

Gülşad Məmmədova ölkə ərazisində müşahidə olunan güclü küləklə bağlı hazırkı vəziyyəti şərh edib.

“Ölkə ərazisində güclü şimal-qərb küləyi davam edir.  Hazırda bölgələrdə küləyin ən güclü olduğu ərazi Tərtər rayonudur, burada küləyin maksimal sürəti 30 m/s-dir.

Naftalanda küləyin sürəti 28 m/s, Goranboyda 23 m/s, Altıağac, Şəmkir, Gəncədə 20 m/s, Mingəçevir, Quba, Ağdam, Bərdədə 18 m/s-yə çatır”.

Onun sözlərinə görə, müşahidə olunan güclü şimal-qərb küləyi axşama doğru tədricən zəifləyəcək.

4-04-2024, 12:46
Geriyə