Liderxeber.az / Rusiyada saxlanılan Kamil Zeynallı ermənilərə təhvil veriləcək?

Rusiyada saxlanılan Kamil Zeynallı ermənilərə təhvil veriləcək?

Rusiyada saxlanılan Kamil Zeynallı ermənilərə təhvil veriləcək?

Azərbaycanın tanınmış idmançısı Kamil Zeynallı ölkəyə qayıdarkən Rusiyanın Domodedovo hava limanında saxlanılıb. 

LiderXəbər xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat verib. 

Kamil Zeynallı Ermənistan tərəfindən hələ ötən ilin mayından beynəlxalq axtarışa verildiyini və onların tələbi ilə saxlanıldığını bildirib. 

Dövlət orqanlarına yardım üçün müraciət edən idmançı Rusiya tərəfindən Ermənistana təhvil veriləcəyini deyib. 

Kamil Zeynallı sabah hakim qarşısına çıxarılacaq. 



2-02-2024, 02:03
Geriyə