Liderxeber.az / Mart ayında neçə gün iş yoxdur?

Mart ayında neçə gün iş yoxdur?

Mart ayında neçə gün iş yoxdur?

Gələn ay Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil günlərinin sayı məlum olub.

LiderXəbər xəbər verir ki, Novruz bayramında 7 gün ardıcıl iş olmayacaq.

Belə ki, 20, 21, 22, 23, 24, 25 və 26 mart tarixləri qeyri-iş günü sayılır. 23 və 24 mart tarixləri həftənin şənbə və bazar gününə düşdüyü üçün, 25 və 26 mart da istirahət günləri hesab ediləcək.

Qeyd edək ki, bundan əlavə 8 mart Beynəlxalq Qadınlar Günüdür və həmin gün qeyri-iş günüdür.

Beləliklə, şənbə və bazar günləri də daxil olmaqla mart ayında ümumilikdə 16 gün iş olmayacaq.


5-02-2024, 16:10
Geriyə