Liderxeber.az / Yasamalda beşmərtəbəli yaşayış binasında yanğın olub, bir nəfər təxliyə olunub

Yasamalda beşmərtəbəli yaşayış binasında yanğın olub, bir nəfər təxliyə olunub

Yasamalda beşmərtəbəli yaşayış binasında yanğın olub, bir nəfər təxliyə olunub

Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 38 m² olan 2 otaqlı mənzilin hamam otağında 3 m² sahədə hamam əşyaları yanıb.

LiderXəbər xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Yüksək temperaturdan lambirdən ibarət tavan və 1 ədəd plastikdən ibarət qapı əriyib.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

21-12-2023, 10:20
Geriyə