Liderxeber.az / “Heç özüm zəlzələni hiss etmədim, zəng edib dedilər”

“Heç özüm zəlzələni hiss etmədim, zəng edib dedilər”

“Heç özüm zəlzələni hiss etmədim, zəng edib dedilər”

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bu gün səhər saatlarında baş verən zəlzələni heç özünün hiss etmədiyini bildirib.

LiderXəbər-in məlumatına görə, o bu barədə bu gün keçirdiyi brifinqdə deyib.

Q. Yetirmişli əlavə edib ki, afterşoklar içərisində hiss olunanı ola bilər, amma qorxulu nəsə yoxdur: “Bu gün heç özüm də zəlzələni hiss etməmişəm. Regionda olan əməkdaş zəlzələnin olduğunu zəng edib dedi. Dərhal çilçırağa baxdım, amma heç nə hiss etmədim”.

7-12-2023, 15:05
Geriyə