Liderxeber.az / Zakir Həsənov Çinin Mərkəzi Hərbi Şurasının sədr müavini ilə görüşüb

Zakir Həsənov Çinin Mərkəzi Hərbi Şurasının sədr müavini ilə görüşüb

Zakir Həsənov Çinin Mərkəzi Hərbi Şurasının sədr müavini ilə görüşüb

Çin Xalq Respublikasına işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Mərkəzi Hərbi Şurasının sədr müavini general-polkovnik HI Veydon ilə görüşüb.

Bu barədə LiderXəbər-ə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.


31-10-2023, 14:50
Geriyə