Liderxeber.az / Azərbaycanda son 1 həftədə 156 nəfər COVID-19-a yoluxub, 6 nəfər ölüb

Azərbaycanda son 1 həftədə 156 nəfər COVID-19-a yoluxub, 6 nəfər ölüb

Azərbaycanda son 1 həftədə 156 nəfər COVID-19-a yoluxub, 6 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son 1 həftədə (16.10.2023-22.10.2023) 156 yeni yoluxma faktı qeydə alınıb, 234 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan LiderXəbər-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 833 955 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 823 439 nəfər müalicə olunaraq sağalıb, 10 353 nəfər vəfat edib, aktiv xəstə sayı 163 nəfərdir.

Ölkədə son həftə ərzində 3415, hazırkı dövrədək isə 7 699 775 test aparılıb.


23-10-2023, 17:15
Geriyə