Liderxeber.az / Azərbaycan ordusunun polkovniki Türkiyə Milli Müdafiə Universitetinə təyinat alıb

Azərbaycan ordusunun polkovniki Türkiyə Milli Müdafiə Universitetinə təyinat alıb

Azərbaycan ordusunun polkovniki Türkiyə Milli Müdafiə Universitetinə təyinat alıb

“Türkiyə Cümhuriyyətinin 100 illiyi” və “Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 illiyi” münasibətilə 2023-cü il üçün iki xüsusi təlim nəzərdə tutulub, bunlardan biri artıq başa çatıb.

LiderXəbər-in İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bu çərçivədə təlimlərdən birincisi 19 aprel-10 may tarixlərində Türkiyədə keçirilib, ikincisi isə 16-25 oktyabr tarixlərində Azərbaycanda keçiriləcək.

O da bildirilib ki, Kadr mübadiləsi çərçivəsində Azərbaycan Milli Müdafiə Universitetinin prorektoru, polkovnik Rəşad Tahirov Türkiyənin Milli Müdafiə Universitetinə, Türkiyə MMU-nun prorektoru, professor doktor Tələt Canbolat isə bir il müddətinə Azərbaycan Milli Müdafiə Universitetinə təyinat alıb.

19-10-2023, 17:23
Geriyə