Liderxeber.az / Füzulinin daha 62 sakini doğma yurda qayıdıb

Füzulinin daha 62 sakini doğma yurda qayıdıb

Füzulinin daha 62 sakini doğma yurda qayıdıb

Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

LiderXəbər xəbər verir ki, oktyabrın 13-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.

Bu mərhələdə Füzuli şəhərinə daha 22 ailə - 62 nəfər köçürülüb.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Füzuli şəhərində 230 ailə, yəni 811 nəfərin daimi məskunlaşması təmin edilib

13-10-2023, 10:00
Geriyə