Liderxeber.az / Bakıda 30 yaşlı qadın binadan yıxılaraq ağır xəsarət alıb

Bakıda 30 yaşlı qadın binadan yıxılaraq ağır xəsarət alıb

Bakıda 30 yaşlı qadın binadan yıxılaraq ağır xəsarət alıb

Bakının Nizami rayonunda bədbəxt hadisə zamanı bir nəfər xəsarət alıb.

LiderXəbər-in məlumatına görə, Bəhruz Nuriyev küçəsində 1993-cü il təvəllüdlü Əliyeva Aytən Nurəddin qızı yaşadığı binanın 5-ci mərtəbəsinin yerə yıxılıb.

Ağır xəsarətlər alan yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və bədənin çoxsaylı sınıqları diaqnozları qoyulub.

Qadının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

6-10-2023, 09:04
Geriyə