Liderxeber.az / Şuşadan başlayan regional dostluq mesajı: Slovakiya Prezidentinin Qarabağa səfərinin diplomatik rəmzi

Şuşadan başlayan regional dostluq mesajı: Slovakiya Prezidentinin Qarabağa səfərinin diplomatik rəmzi

Şuşadan başlayan regional dostluq mesajı: Slovakiya Prezidentinin Qarabağa səfərinin diplomatik rəmzi

Slovakiya Prezidenti Peter Pelleqrininin Azərbaycana rəsmi səfər proqramını məhz Qarabağ torpaqlarından, Şuşa və Ağdam şəhərlərindən başlaması beynəlxalq diplomatik müstəvidə son dərəcə mühüm və rəmzi bir məna kəsb edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuata bəyanatında Slovakiya Prezidentinin rəsmi dəvəti böyük məmnunluqla qəbul edərək öz səfərini Qarabağa etməsini yüksək dəyərləndirmiş və bu addımın ölkələrimiz arasındakı münasibətlərin nə qədər səmimi, mehriban və qarşılıqlı hörmətə əsaslandığını bütün dünyaya nümayiş etdirdiyini bildirmişdir.

Şuşada aparılan danışıqlarda ticarət dövriyyəsinin artırılması, enerji marşrutlarının diversifikasiyası, müdafiə sənayesi və hərbi-texniki əməkdaşlığın gücləndirilməsi kimi ənənəvi, lakin strateji məsələlər əsas müzakirə mövzusu olmuşdur. Hər iki Liderin olduqca səmimi, tamamilə açıq və qarşılıqlı etimad mühitində keçən danışıqları iki ölkə arasındakı siyasi dialoqun keyfiyyətini göstərir. Səfərin növbəti günündə Bakıda davam etdiriləcək danışıqlar və nümayəndə heyətlərinin fasiləsiz işgüzar təmasları sübut edir ki, Azərbaycan və Slovakiya gələcəyə yönəlmiş böyük layihələrdə çiyin-çiyinə addımlamaq qərarındadır.

Tamella Cəfərova
Neftçala rayonu

Bu gün, 09:44
Geriyə