Liderxeber.az / Rayonlarda leysan olacaq - Xəbərdarlıq

Rayonlarda leysan olacaq - Xəbərdarlıq

Rayonlarda leysan olacaq - Xəbərdarlıq

Hava ilə bağlı xəbərdarlıq edilib.

Liderxeber.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, iyulun 16-dan 22-dək Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında qeyri-sabit, fasilələrlə yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir.

Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Dünən, 17:54
Geriyə