"Azərbaycanın iqtisadi nümayəndələrindən ibarət işçi qrupu İordaniyaya səfər edəcək".
Liderxeber.az xəbər verir ki, bu fikirləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İordaniya Haşimilər Krallığının baş nazirinin müavini, xarici işlər və mühacirlər naziri Əymən Əs-Səfadin ilə birgə keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, bu səfərlərdən sonra iki ölkə arasında biznes forumu baş tuta bilər:
"Turizm sahəsi inkişaf etdirilməsi bu gün əsas müzakirə mövzularından idi. Hesab edirik ki, bu sahədə əlavə tədbirlərə ehtiyac var. İordaniyaya qarşılıqlı reyslərin artırılması müzakirə mövzularından biri idi".